Çin hökuməti havanın çirklənməsinə qarşı mübarizə tədbirləri üçün təxminən 300 milyard dollar xərcləyəcəkdir
Bakı, 26 iyul (AZƏRTAC). Çin hökuməti havanın çirklənməsinə qarşı mübarizə tədbirləri üçün, o cümlədən ağır sənayedən asılılığın azaldılması üçün 277 milyard dollar xərcləyəcəkdir.
Yerli KİV-lər xəbər verir ki, bu vəsaitin əsas hissəsi ətraf mühitin çirklənmə səviyyəsi daha yüksək olan Pekin, Tyantszin şəhərlərində və Xebey əyalətində (Şimali Çin) ekoloji vəziyyətin yaxşılaşdırılmasına sərf ediləcəkdir.
ÇXR Ətraf Mühitin Mühafizəsi Nazirliyi yanında çirklənmələrə nəzarət və onların qarşısının alınması departamentinin rəhbəri Çjao Xualinin sözlərinə görə, konkret tədbirlər hələ işlənib hazırlanma mərhələsindədir.
Yerli KİV-lərdə bu da bildirilmişdir ki, ÇXR Sənaye və İnformasiyalaşdırma Nazirliyinin məlumatına görə, Çin iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən poladtökmə, sement istehsalı və kağız sənayesində fəaliyyət göstərən 1400-dən çox Çin şirkəti bu il sentyabrın sonuna qədər özlərinin köhnəlmiş istehsal sahələrini bağlayacaqlar.
Hökumətin tədbirləri ölkədə ekoloji vəziyyətin pisləşməsinin əsas səbəbi olan ağır sənayedən asılılığın azaldılmasına yönəlmişdir.
Bu il yanvarın əvvəlində əhalisinin sayı 20 milyondan çox olan Pekində havanın çirklənmə dərəcəsi sağlamlıq üçün maksimum təhlükəli həddə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]