Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti

Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun yay onlayn lektoriya fəaliyyəti çərçivəsində Ümumdünya Göllər Gününə həsr olunmuş “Çindəki məşhur göllərin mədəni əhəmiyyəti” mövzusunda mühazirə təşkil olunub. Mühazirə institutun direktoru Rafiq Abbasovun təşəbbüsü ilə baş tutub.

Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, mühazirədə Çin mədəniyyətində göl obrazının fəlsəfi, ədəbi və estetik əhəmiyyətindən bəhs olunub. İnstitut direktoru bildirib ki, Çin fəlsəfəsində, poeziyasında və rəssamlığında xüsusi yer tutan göl obrazı “Yin” – sülh, qadınlıq başlanğıcı və düşüncə anlayışlarını təcəssüm etdirir. “Dağlar və sular” janrında isə göl insanla təbiət arasındakı əlaqəni və Kainatın fəlsəfi harmoniyasını simvolizə edir. Mühazirədə Çinin məşhur göllərinin tarixi və mədəni irsdə rolu geniş şəkildə təqdim edilib. O, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Xihu gölünün tarixi-mədəni əhəmiyyətindən danışıb. Gölün mənzərələri, lotus və osmantus çiçəkləri, eləcə də ətraf ərazilərdə yerləşən tarixi məkanlar Tan və Sun sülalələrinin məşhur şairlərinin yaradıcılığında mühüm yer tutub. Mühazirə zamanı Xihu gölü ilə bağlı əfsanələrə, onunla əlaqəli tarixi şəxsiyyətlərə və milli qəhrəmanlara da diqqət çəkilib. Göl ətrafındakı məbədlər, körpülər və bağlarla birlikdə formalaşan “Xihu gölünün ən yaxşı on mənzərəsi” ənənəvi Çin mədəniyyətinin mühüm nümunələri kimi təqdim olunub.

Rafiq Abbasov, həmçinin Qu Yuanın xatirəsinə həsr olunan Əjdaha Qayıqları Festivalı ilə bağlı əfsanələri özündə yaşadan Duntin gölü, daoist ənənələrdə mühüm yer tutan Junşan adası, eləcə də Xiao və Xiang çaylarının Duntin gölünə qovuşduğu ərazinin mədəni və bədii əhəmiyyəti barədə məlumat verib. Bu məkanların Çin poeziyası və klassik rəssamlığında geniş əks olunduğu vurğulanıb. Mühazirədə Tibet buddistləri üçün müqəddəs sayılan Çinghay gölünün yaranması ilə bağlı əfsanələr, Buddanın zühuru haqqında rəvayətlər və Xan sülaləsi dövrünə gedib çıxan su ruhuna sitayiş ənənələri də diqqətə çatdırılıb. Çinin məşhur Tayhu gölü haqqında danışan Rafiq Abbasov onun Çin şairlərinin yaradıcılığında əks olunması ilə yanaşı, Böyük Kanalla əlaqəsi, burada yetişdirilən məşhur “Bi Lo Çun” yaşıl çayı və ənənəvi Çin bağçılığında xüsusi əhəmiyyət daşıyan “Tayhu daşları” ilə tanındığını bildirib. Bu daşların əsrlər boyu imperator saraylarının və parklarının bəzədilməsində istifadə edildiyi qeyd olunub.

Mühazirə iştirakçılara Çin göllərinin yalnız təbii sərvət deyil, həm də ölkənin fəlsəfi dünyagörüşünü, ədəbi irsini, incəsənətini, dini inanclarını və tarixi yaddaşını özündə birləşdirən mühüm mədəni irs nümunələri olduğunu göstərib. Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun təşkil etdiyi yay onlayn lektoriya Çin dili və mədəniyyətinin müxtəlif aspektlərinin öyrənilməsinə, eləcə də Azərbaycan və Çin arasında mədəni-humanitar əlaqələrin inkişafına töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mişni” və “Alxaslı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Çin eyni raketlə orbitə 7 peyk göndərib

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” braziliyalı futbolçu üçün yeni təklif göndərib

“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq

Elmar Baxşıyev: “Hapoel”lə matçı "Sabah" üçün tarixi oyun adlandırmaq olar

Avropada qaz anbarlarının doluluq nisbəti ötənilki səviyyədən 12 faiz aşağıdır

Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB

Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır

Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb

Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Ekspert: Vergi Məcəlləsinə dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir

AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti

AMEA-da görüş: Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafı diqqət mərkəzindədir

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkarlanıb

Ekspert: Qeyri-rezidentlərin rəqəmsal platformalarının vergi uçotuna alınması Azərbaycan iqtisadiyyatı üçün çox önəmlidir

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

Litvada iki min hərbçi üçün modul düşərgə inşa ediləcək

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

Bu saata olan əsas xəbərlər

Türkiyədə qazıntılar zamanı 11 min illik unikal heykəl tapılıb VİDEO

“Bitcoin”in qiyməti 80,5 min dolları ötüb

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

Azərbaycan-Özbəkistan əbədi dostluğu tarixi köklərimizdən və folklor ənənələrimizdən güc alır

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

Qazaxıstanda Xəzər dənizinin mühafizəsi ilə bağlı yeni layihələr təqdim olunub

Azərbaycanda makaron məmulatları istehsalı artıb – QRAFİK

Azərbaycan-Özbəkistan əlaqələri yeni geoiqtisadi imkanlar formalaşdırır ŞƏRH

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

® “Rabitəbank” və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” - 7 faizədək keşbek, 6 ayadək faizsiz taksit

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq

Hikmət Quliyev: Azərbaycan-Özbəkistan folklorşünaslıq əlaqələri daha geniş elmi layihələrə çevriləcək

“Babək” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

Son 7 ayda ƏƏSMN-in e-xidmətlərinə 4,5 milyon müraciət edilib

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayır

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” işə başlayıb

“Qarabağ” – “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

“Citigroup” qızılın qiyməti ilə bağlı proqnozunu artırıb

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq

Azərbaycan və Özbəkistanın rəssamlıq ali məktəbləri əməkdaşlığı genişləndirir

Kamil Abdullazadə: Azərbaycan-Çin hüquqi və kommersiya əlaqələrinin inkişafına töhfə vermək istəyirəm

Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi

Rumıniyalı voleybolçu: Azərbaycan millisi xeyli inkişaf edib

AQTA sədri Şəmkirdə vətəndaş müraciətlərini dinləyəcək

Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır VİDEO

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Paytaxtdakı təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri aparılır

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

® Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb VİDEO

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb VİDEO

Azərbaycan nefti 95,13 dollara satılır VİDEO

Azərbaycan nefti 95,13 dollara satılır VİDEO

Naxçıvanda 127 layihəyə 4,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

Avropol: Muzeylərdə zorakı soyğunçuluq halları artıb

Şahbuzda meşəlik ərazidə “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib - Təlim VİDEO

Şahbuzda meşəlik ərazidə “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib - Təlim VİDEO

Bakı-Daşkənd xətti: Yeni Avrasiya bağlantısının strateji dayağı – ŞƏRH

Bakıda hazırda sıxlıq müşahidə edilən küçə və prospektlər açıqlanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib

Prezident İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin dərinləşməsinə böyük töhfə verəcək - ŞƏRH

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçib

Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb YENİLƏNİB

Kanada Aİ ilə danışıqlara başlayır

Çin ABŞ-nin sanksiyalarına qarşı çıxıb

Kanada yeni buzqıran gəmilər inşa edəcək

Böyük Britaniya Ukraynada gedən döyüşlərlə bağlı məlumatlara çıxış əldə edəcək

Oman sahillərində neft tankerinə hücum edilib

İran ABŞ-nin yeni sanksiyalarına hazır olduğunu açıqlayıb

ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləməyib

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzəpir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO