ÇİN REJİSSORU LOU YE 5 İL MÜDDƏTİNƏ FİLM ÇƏKİLİŞLƏRİNDƏN KƏNARLAŞDIRILA BİLƏR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Çinin Dövlət Radio, Kinematoqrafiya və Televiziya İşləri İdarəsinin başçısı Çjo Szyandun demişdir ki, çəkiliş qrupu cəzalandırılacaqdır.
Lou Ye 2000-ci ildə özünün “Suç çayı” filmini rəsmi icazəsi olmadan beynəlxalq kinoforumlardan birinə təqdim etdiyi üçün iki il müddətinə çəkilişlərdən kənarlaşdırılmışdı. Onun yeni filmi nümayiş üçün Dövlət İdarəsinin lisenziyasını almadığından Kann festivalının müsabiqə proqramında ÇXR-i təmsil edə bilməzdi.
Kannda akkreditə olunmuş Çin jurnalistləri “Yay sarayı”nın premyerası günü film barədə məlumat verməmək tapşırığı almışdılar. Asiya regionunu təmsil edən bu yeganə film festivalın başlıca mükafatı olan “Qızıl Palma budağı”na namizədlərdən biridir.
“Yay sarayı”nın süjet xətti Pekin Universitetinin iki tələbəsi arasında sevgi macərası üzərində qurulmuşdur. Filmdə hadisələrin bir hissəsi 1989-cu ildə Tyananmen meydanında baş vermiş tələbə iğtişaşları fonunda cərəyan edir. Avropa tənqidçiləri çoxlu açıq-saçıq səhnələri olan “Yay sarayı”nı “yeni Çin seksual inqilabının ilk kino əsəri” adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]