Çin yığmasının məşqçisi: Biz Bakıya qələbə qazanmağa gəlmişik
Bakı, 16 mart, AZƏRTAC
Biz Bakıda keçirilən Dünya Kuboku yarışlarına gənc və iddialı gimnastlar gətirmişik və inanırıq ki, bir neçə medal qazana biləcəyik. Bu sözləri idman gimnastikası üzrə Çin yığmasının məşqçisi, nümayəndə heyətinin başçısı Şuven Hu jurnalistlərə müsahibəsində söyləyib.
O deyib: “Bakıya beş gimnastımız gəlib, onlar gənc, istedadlı və iddialıdırlar. İnanırıq ki, öz növlərində qələbə qazanmağa qadirdirlər. Bu, yeni Olimpiya siklidir və biz Tokioda Olimpiya Oyunlarına idmançılar hazırlayırıq”.
Nümayəndə heyətinin başçısı Çinin idman gimnastikasında son zamanlar müşahidə olunan müəyyən tənəzzülün səbəblərini açıqlamaqda çətinlik çəkib.
Məşqçı deyib: “Məşqçilər və gimnastlar yaxşı nəticələrə nail olmaq üçün çalışırlar”.
Şuven Hu Bakıdakı Dünya Kubokunda Yaponiya komandasını, müxtəlif alətlərdə Macarıstan (at), Yunanıstan (halqalar), İsrail (sərbəst hərəkətlər) təmsilçilərini əsas rəqibləri adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]