DÜNYA
Çində 15 gündür axtarılan şaxtaçılardan 10-u ölü tapılıb
Pekin, 25 yanvar, AZƏRTAC
Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 15 gündür axtarışları aparılan şaxtaçılardan 10 nəfərinin öldüyü təsdiqlənib, bir nəfər isə hələ də itkindir.
AZƏRTAC xəbər verir ki, yanvarın 10-da baş verən hadisədən sonra 22 şaxtaçı ilə əlaqə kəsilmişdi. Axtarış işlərinin gedişində 11 şaxtaçının yeri müəyyən edilib və yanvarın 24-də xilasedicilər onları mədəndən sağ çıxarıblar.
Hazırda itkin düşmüş hesab edilən sonuncu şaxtaçının axtarışları davam edir. Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün meyitlərin DNK analizi aparılacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [14:40]
Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları
- 01.05.2024 [14:18]
Alimlər ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər
- 01.05.2024 [13:41]
Bloomberg: Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb
- 01.05.2024 [13:38]
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
- 01.05.2024 [13:35]
Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb
- 01.05.2024 [13:04]
Bild: Berlində “Amazon” kompaniyasının 16 avtomobili yandırılıb
- 01.05.2024 [12:11]
NASA Arktika Dairəsinə elmi tədqiqat üçün hava şarları göndərir
- 01.05.2024 [11:53]