Çində avtomobil satışlarında artım tempi davam edir
Pekin, 17 noyabr, AZƏRTAC
Dünyanın ən böyük avtomobil bazarı olan Çində ardıcıl 7 aydır avtomobil satışlarında artım davam edir.
AZƏRTAC xəbər verir ki, ötən ay ölkədə əvvəlki ilin eyni ayı ilə müqayisədə 12,5 faiz çox - 2,57 milyon avtomobil satılıb. Bu dövrdə ekoloji təmiz avtomobillərin satışı isə 2 dəfədən çox artıb.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasından verilən məlumata görə, ölkədə pandemiyanın mənfi təsirlərinin azalması fonunda iqtisadiyyatın bərpası avtomobil bazarının canlanmasına səbəb olub. Qlobal avtomobil istehsalçıları, o cümlədən “Toyota” və “Honda” Çindəki satışlardan yüksək qazanc proqnozlaşdırıb.
Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışlarında azalma müşahidə olunub. 2018-ci ildə satış əvvəlki illə müqayisədə 2,8 faiz, ötən il isə 8,2 faiz azalıb. Cari ilin birinci rübündə pandemiya səbəbindən ölkədə həm istehsal, həm də satışlar xeyli azalmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]