Çində dünyanın ən iri günəş-su hibrid elektrik stansiyası tikilir VİDEO
Pekin, 9 iyul, AZƏRTAC
Çinin Siçuan vilayətinin Tibet muxtar prefekturasında dünyanın ən iri günəş-su hibrid elektrik stansiyasının inşasına start verilib.
AZƏRTAC xəbər verir ki, layihə gücü min meqavat olacaq Kela fotovoltaik elekrik stansiyası gücü 3 min meqavata çatan Lianhekou su elektrik stansiyası ilə inteqrasiya ediləcək. Nəticədə hibrid stansiya dünyada ən böyük günəş-su elektrik stansiyası olacaq.
On altı kvadratkilometr sahəni əhatə edəcək stansiyanın ilkin mərhələsi gələn il istifadəyə veriləcək. Hibrid stansiya ildə 2 milyard kilovat/saat təmiz elektrik enerjisi istehsal edəcək. Bu, 600 min ton kömürün verəcəyi enerjiyə bərabərdir və atmosferə ildə 1,6 milton ton az karbon dioksid qazının buraxılması deməkdir.
Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın hazırkı ən iri günəş-su hibrid stansiyası olan Lonyansia da Çində yerləşir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]