Çində ildırım və tornado nəticəsində 11 nəfər ölüb VİDEO
Pekin, 7 iyul, AZƏRTAC
Çinin mərkəzindəki Hubey əyalətində ildırım və tornado nəticəsində 11 nəfər ölüb, bir nəfər itkin düşüb.
AZƏRTAC Hubey hakimiyyətinin məlumatına istinadla xəbər verir ki, iyulun 6-da gecə saatlarında Huanşi, Huanqan, Ecou və Siannin şəhərlərində ildırım və güclü külək, bəzi ərazilərdə isə tornado baş verib.
Yerli hakimiyyət orqanları bildirib ki, ekstremal hava şəraiti ərazidə 22 binanı uçurub, daha 4855 binaya ziyan vurub, 331 sakin yaralayıb. Səlahiyyətli qurumlar xilasetmə və yardım işlərini davam etdirir.
Meteoroloqlar bildirib ki, Hubeydə tornadolar nadir hallarda baş verir və sonuncu dəfə 2021-ci ildə qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin