Çində Parkinson xəstələri üçün rəqəmsal həkim sistemi istifadəyə verilib
Bakı, 13 aprel, AZƏRTAC
Çində Parkinson xəstəliyi ilə bağlı ilk süni intellektlə işləyən rəqəmsal həkim platforması istifadəyə verilib.
AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, platforma Tibb Universitetinin Xuanvu Xəstəxanası tərəfindən hazırlanıb və klinik məlumatlar, tibbi araşdırmalar əsasında fəaliyyət göstərir.
Bildirilib ki, sistem 20 ildən artıq klinik tədqiqat materiallarını özündə birləşdirir və xəstələrin suallarının təxminən 90 faizinə cavab verə bilir. Bu isə həkimlərin daha mürəkkəb hallara diqqət ayırmasına imkan yaradır. Qeyd olunur ki, istifadəçilər smartfon vasitəsilə platformaya müraciət edərək elmi əsaslı məlumatlar əldə edə bilirlər. Bununla yanaşı, sistem fərdi müalicə qərarları vermir və bu səlahiyyət həkimlərdə qalır.
Gələcəkdə platformanın dərman nəzarəti, reabilitasiya və psixoloji dəstək kimi xidmətləri də əhatə edəcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]