Çində zəlzələyə görə 20 min insan təxliyə edilib
Pekin, 26 yanvar, AZƏRTAC
Çinin Qansu əyalətinin Qannan Tibet muxtar prefekturasında baş verən 5,5 bal gücündə zəlzələyə görə təxminən 20 min sakin təxliyə edilib.
AZƏRTAC əyalətin fövqəladə hallarla mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkan nəticəsində prefekturanın Tebo rayonunda evlərə, inzibati və sosial binalara ziyan dəyib, tikililərdə çatlar əmələ gəlib. İtki qeydə alınmasa da, tikililərin uçmaq ehtimalı əsas götürülərək 20 min sakinin təxliyə olunmasına qərar verilib. Onlar müvəqqəti məntəqələrdə yerləşdiriliblər.
Çin Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 14:56-da (Bakı vaxtı ilə 10:56) Tebo rayonunda 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]