Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Çinin Nankin şəhərində keçiriləcək batut və tamblinq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda ölkəmizi 7 idmançı təmsil edəcək.
Batut yarışlarında Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov qüvvələrini sınayacaqlar. Tamblinq üzrə mübarizədə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, noyabrın 4-8-də təşkil olunacaq dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda güclərini yoxlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [21:11]
Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub
- 28.10.2026 [20:56]
"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib
- 28.10.2026 [19:23]
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
- 28.10.2026 [19:00]
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]