Çindən Orta Dəhliz vasitəsilə tranzit 12 faiz artıb
Astana, 4 dekabr, AZƏRTAC
2025-ci ilin ilk 10 ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Çindən 292 konteyner qatarı yola salınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.
AZƏRTAC “Rail-news.kz”ə istinadən xəbər verir ki, bu artımda əsas amil qurulmuş terminal sistemi və Çinlə effektiv logistikanın təşkili olub.
Sian quru limanındakı Qazaxıstan-Çin terminalı əhəmiyyətli yük daşımalarını idarə edən əsas terminala çevrilib. Onun 2024-cü ildə istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca Çindən tranzitin 33 dəfə artmasına imkan verib.
Qazaxıstanın bu marşrutdakı mövqeyi Aktau limanındakı konteyner mərkəzi və Almatıdakı JETİSU logistika terminalı ilə daha da möhkəmlənəcək.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələri ilə birləşdirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]