Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çingiz Hüseynzadə: İslamiada Azərbaycanın yüksək təşkilatçılıq bacarığını dünyaya bir daha nümayiş etdirdi

Çingiz Hüseynzadə: İslamiada Azərbaycanın yüksək təşkilatçılıq bacarığını dünyaya bir daha nümayiş etdirdi

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da inkişaf göz qabağındadır. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada qələbələr qazanaraq xalqımızı sevindirirlər. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan idmançıları möhtəşəm qələbələr qazanaraq üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndiriblər.

Azərbaycan Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə cari ilin idman yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Çingiz müəllim, cari ilin idman yekunlarını necə dəyərləndirirsiniz?

- Ötən illərdə olduğu kimi, 2017-ci il də Azərbaycan idmanı üçün çox uğurlu oldu. Cari ilin ən əsas yarışı Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları idi. Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla çıxış etdi və ölkəmiz komanda hesabında qalib gəldi.

Həmçinin bir çox idman növlərində Azərbaycan idmançıları ustalıq nümayiş etdirdilər. Təkcə ənənəvi idman növlərində deyil, komanda idman növlərində də uğurlarımız böyük oldu. Futbolçularımız, voleybolçularımız, həndbolçularımız və basketbolçularımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazandılar. Bütün bunlar Azərbaycanda idmanın inkişafını nümayiş etdirir.

Azərbaycan dünyaya idman nəticələri ilə yanaşı, yüksək təşkilatçılıq bacarığını da nümayiş etdirdi. İlk Avropa Oyunlarından iki il sonra təşkil olunan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil olundu. Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın bilavasitə rəhbərliyi ilə təşkil olunan bu yarışlar Azərbaycanın qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Biz bu İslamiadanı keçirməklə İslam Həmrəyliyi Oyunlarının standartlarının yeni və yüksək səviyyəsini müəyyənləşdirə bildik. Azərbaycanda keçirilən Oyunlar digər ölkələrdə təşkil olunan İslam Həmrəyliyi Oyunlarından daha möhtəşəm və yüksək səviyyədə, ən əsası böyük proqram əsasında təşkil olundu.

Cari ildə idmanın müxtəlif növləri üzrə də mühüm uğurlar əldə olunub. 2017-ci ildə iki idmançımız üçqat dünya çempionu adını qazanıb. Hacı Əliyev güləş, Məhəmmədrəsul Məcidov isə boks üzrə üçqat dünya çempionluğu sevincini xalqımıza yaşatdılar. Bu, sübut edir ki, azərbaycanlı atletlərin uğurları təsadüfi deyil. Bu, qanunauyğun haldır. Ümumiyyətlə, idmanın digər növləri üzrə əldə olunan nailiyyətləri də nəzərə alsaq, cari ili ölkə idmanı üçün uğurlu hesab etmək olar.

- Ölkəmiz 2019-cu ildə növbəti mötəbər yarışa ev sahibliyi edəcək. Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalına hazırlıq barədə nə deyə bilərsiniz? Yarışın proqramına hansı idman növləri daxil ediləcək?

- Bu, çox mötəbər yarışdır. Turnirdə 3600-dək idmançının iştirakı gözlənilir. Bu yarış Avropada ən mühüm turnirlərdən hesab olunur və qitə ölkələri bu festivalda məmnuniyyətlə iştirak edirlər. Təsadüfi deyil ki, cari ildə Avropa Olimpiya Komitələri (EOC) bu yarışların 25 illik yubileyini təntənə ilə qeyd etdi.

Azərbaycanın bu yarışa ev sahibliyi etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu idmançılar yeniyetmə və gəncdirlər, onların 16-17 yaşı var. Festival həmin kateqoriyadan olan idmançılar üçün ilk irimiqyaslı yarış olur. Bütün Avropanı əhatə edən bu yarışlar idmançıların xatirəsində silinməz xoş izlər buraxır. Həmçinin onlardan bəziləri idman karyeralarına Bakıda keçiriləcək festivalla start verəcəklər ki, paytaxtımız onlar üçün yaddaqalan olacaq. Yeniyetmə idmanı olmasa böyüklərin idmanından danışmaq mümkün deyil. Həmçinin bu yarışlarda gələcəyin Olimpiya çempionları yetişir. Belə bir statistika var ki, festivalın qaliblərinin 30 faizi Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alırlar.

Təşkilati baxımdan yarışın Bakıda keçirilməsi üçün hər cür şərait var. Festival üçün heç bir yeni idman qurğusu tikilməyəcək və ya təmir olunmayacaq. İdman infrastrukturumuz yarışa hazır və yüksək səviyyədədir. Təşkilati işləri həyata keçirən komanda hazırdır. İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında təcrübə toplamış insanlar bu yarışın da təşkilində iştirak edəcəklər. Ümid edirəm ki, Avropa Yeniyetmələrinin Olimpiya Festivalı da yüksək səviyyədə təşkil olunacaq.

Cari ilin noyabrında Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, festivalda atletlər idmanın on növü üzrə mübarizə aparacaqlar. Burada idmanın doqquz növü məcburidir və digər festivallarda da proqrama bu növlər daxil edilib. Bunlar voleybol, basketbol, həndbol, üzgüçülük, atletika, gimnastika, cüdo, tennis və velosiped idmanıdır. Festivala ev sahibliyi edən ölkə istəsə, onuncu idman növünü proqrama daxil edə bilər. Bu barədə hələ ki yekun qərar qəbul olunmayıb. Amma düşünürəm ki, proqrama güləşin daxil olunmasını təklif edəcəyik. Gələn ilin əvvəllərində keçiriləcək Koordinasiya Komissiyasının iclasında bu məsələ müzakirə olunacaq. Düşünürəm ki, biz buna nail ola biləcəyik.

- Məktəblilər arasında “Olimpiya Hərəkatı” layihəsinin növbəti illər üçün təşkili nəzərdə tutulubmu? Layihənin proqramına yeni idman növləri əlavə ediləcəkmi?

- Bu layihənin icrasına bir neçə il bundan qabaq Bakıda başlanılıb. Azərbaycan dünya miqyasında bu layihəyə qoşulmuş beşinci ölkədir. Ölkəmizdə layihənin icrası çox uğurlu oldu. Bu layihəyə ilk dəfə başlayanda onu bir dəfə reallaşdırmağı nəzərdə tutmuşduq. Lakin layihə müvəffəqiyyətli olduğu üçün onu davam etdirdik. “Olimpiya Hərəkatı”nın növbəti ildə keçirilməsi üçün danışıqlar aparılır və inanıram ki, biz layihənin davam etməsinə nail ola biləcəyik. Layihə miqyasına görə geniş auditoriyanı əhatə edir. Təkcə Bakı məktəbliləri deyil, rayonlardan da şagirdlər “Olimpiya Hərəkatı”nın bir parçasına çevrilmişdilər. Əvvəlcə layihəyə idmanın dörd növü ilə start verdik. Sonra növlərin sayı beşə çatdırıldı. Milli Olimpiya Komitəsi tərəfindən layihənin təşkili ilə bağlı bütün məsələlər qaydasındadır. Ancaq “Olimpiya Hərəkatı”nın icrasında sponsorlar da iştirak edirlər. Gələn ilin əvvəlində artıq bu istiqamətdə danışıqlara start veriləcək.

- Azərbaycan II Avropa Oyunlarına necə hazırlaşır? Azərbaycan bu Oyunların təşkilində Belarusa nə cür kömək edir?

- Azərbaycan idmançıları ikinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. “Minsk-2019”un prorqamına daxil olan idman növləri üzrə federasiyalarımız yarışa hazırlığı artıq öz planlarına salıblar. Azərbaycanda bu Oyunlara çox ciddi əhəmiyyət verilir. İdmançılarımız bu mötəbər yarışa Avropa və dünya çempionatları, Olimpiya Oyunları səviyyəsində hazırlaşırlar.

Bu Oyunlar Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Bakıda təşkil olunan ilk Avropa Oyunlarında ölkəmiz ümumi komanda hesabında ikinci olmuşdu. Bu, bizdə böyük məsuliyyət hissi yaradır. “Minsk-2019”da idman növləri fərqlidir və ola bilsin ki, həmin nəticəni göstərə bilməyək. Amma ümid edirik ki, Azərbaycan komandası bu Oyunlarda layiqincə çıxış edəcək.

“Minsk-2019”un Təşkilat Komitəsində Azərbaycandan bir neçə mütəxəssis çalışır. “Bakı-2015”də təcrübə qazanmış mütəxəssislərimiz Belarus tərəfdən dəvət olunub. Belarus tərəfi “Bakı-2015”in təcrübəsindən geniş istifadə etməyə çalışır. Rəhbərlik səviyyəsində bizdə məsləhətləşmələr keçirilir. Avropa Olimpiya Komitələrinin Xorvatiyada keçirilən Baş Assambleyasında da görüşlər keçirdik, müzakirələr apardıq. “Minsk-2019”un Təşkilat Komitəsinin üzvləri bir neçə dəfə Bakıda olublar. Səfər zamanı ilk Avropa Oyunlarının təşkili ilə bağlı bütün məlumatlar onlara təqdim olunub. Oyunların başlanmasına yaxın onlar bizim mütəxəssislərdən daha çox istifadə edəcəklər və belə müraciətlər var. Bizim mütəxəssislər onlara lazımi yardımı göstərəcəklər.

- Cari ildə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olundu. MOK-un bundan sonrakı fəaliyyətində əsas hədəflər hansılardır?

- Milli Olimpiya Komitəsinin əsas hədəfi Olimpiya Oyunlarıdır. MOK növbəti Olimpiadaya hazırlığı təşkil etməlidir. Növbəti Olimpiya Oyunları 2020-ci ildə Tokioda təşkil olunacaq. Biz “Tokio-2020”də Azərbaycanı daha yüksək səviyyədə təmsil etməyə hazırlaşırıq. Bu, çətin olacaq. Çünki Azərbaycan komandası Rio-de-Janeyroda təşkil olunan Olimpiya Oyunlarında 18 medal qazanıb. Bu, fantastik nəticədir. Bu nəticəni təkrar etmək çox çətindir. Amma düşünürəm ki, bu, mümkündür və nəticəni daha da yaxşılaşdırmaq olar. Hazırlıq tam sürətlə davam edir. Gələn ildən Olimpiadaya lisenziya yarışlarına start veriləcək və bu, “Tokio-2020”nin başlanmasına 3-4 ay qalmış başa çatacaq. Fərəhli haldır ki, Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında da idmanın on növü üzrə lisenziyaların sahibləri müəyyənləşəcək. Hazırda əsas məqsədimiz çoxlu sayda lisenziya qazanmaqdır.

Olimpiya Oyunlarından başqa hədəflərimiz də var. Olimpizmin, Olimpiya dəyərlərinin və hərəkatının təbliği bizim əsas məqsədlərimizdəndir. Olimpiya hərəkatında “Hamı üçün idman” adlı beynəlxalq layihə var. Biz bu layihəyə qoşulmuşuq və müxtəlif tədbirlər keçiririk. Olimpiya və ətraf mühit layihələrində də yaxından iştirak edirik. Gələcəkdə Gənclər və İdman, Təhsil nazirlikləri ilə bir çox layihələrimiz var. Bunlardan biri məktəblərdə Olimpiya klublarının yaradılmasıdır. Qarşıda bizi xeyli iş gözləyir. Olimpiya hərəkatı dünyada sürətlə genişlənir.

Son dövrün aktual mövzularından biri də dopinq məsələsidir. Dopinq skandalları bütün dünyanı bürüyüb. Ölkəmizdə Anti-Dopinq Agentliyi yaradılıb. Bu agentliyin işi daha da genişləndirilməlidir. Qurum ilə yaxın zamanda memorandum da imzalanacaq. Bu istiqamətdə çox iş görülməlidir.

- Çingiz müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR