Çinin “Fenyun” peykı qasırğa barədə xəbərdarlıqda və onun nəticələrinin yüngülləşdirilməsində yardım edir
Bakı, 27 fevral, AZƏRTAC
Çinin Quançjou şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit okeanı üçün iqtisadi və sosial komissiyasının və Dünya Meteorologiya Təşkilatının (DMT) qasırğalar üzrə komissiyasının 51-ci konfransı təşkil edilib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, DMT-nin baş katibi Petteri Taalas ekstremal hava şəraiti və təbii fəlakətlərin qarşısının alınmasında beynəlxalq əməkdaşlığa və texniki tərəqqiyə söykənən Çinin meteotəhlükələrin erkən xəbərdarlığında da öncül yerlərdən birini tutduğunu deyib.
Çin Xalq Respublikasının meteorologiya işləri üzrə idarəsi başçısının müavini Yuy Yun bildirib ki, onun ölkəsi qasırğa sahəsində regional əməkdaşlığın konkret nəticələrinə nail olub, “Fenyun” meteoroloji peyki isə dünya istifadəçilərinin xəbərdarlığında və müdafiəsində yardım edir.
Çin “Fenyun” seriyasından olan 17 meteoroloji peyki uğurla buraxıb, hazırda onlardan 7-si orbitdə yerləşir. Yer kürəsinə və Qəzalar üzrə Beynəlxalq Xartiyanın növbətçi peyk mexanizmlərinə qlobal nəzarət sisteminə daxil olan meteoroloji peyklər dünyanın 90-dan çox ölkə və rayonuna xidmət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]