Çinlə enerji tərəfdaşlığına dair məsələlər müzakirə edilib
Bakı, 10 avqust, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin həyata keçirilən və planlaşdırılan bir sıra layihələr müzakirə olunub.
Görüş zamanı “Universal International Holdings Limited” şirkətinin Qobustan rayonunda inşa etdiyi 100 MVt gücündə Günəş elektrik stansiyası layihəsinin ölkəmizin bərpaolunan enerji potensialından səmərəli istifadəyə və enerji keçidi üzrə qarşıya qoyulan hədəflərə çatılmasına töhfə verəcəyi bildirilib.
Eyni zamanda, ÇXR-in Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan ölkəmizdə elektrik enerjisi şəbəkəsinin tədqiqatına da toxunulub. Tədqiqatın nəticələrinin Azərbaycanın enerji sektorunun gələcək inkişafı baxımından mühüm rol oynayacağı qeyd edilib.
Bununla yanaşı, Çində keçiriləcək “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq da nəzərdən keçirilib, Azərbaycan-Çin enerji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]
Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb
- 10.08.2026 [16:36]
Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]