“ÇIRAQ”DAN 250 MİLYON BARREL NEFT HASİL EDİLMİŞDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Çıraq” platforması fəaliyyətə başlayandan indiyədək fasiləsiz işləmişdir.
Ötən müddətdə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində də uğurlu nəticələr əldə olunmuşdur.
Bu ilin əvvəlindən bəri platformadan gündə orta hesabla 129000 barrel neft çıxarılmış, həmçinin hasilat əməliyyatları plana uyğun davam etmişdir. Yalnız yanvar-fevral aylarında tankerlər hava şəraitinin pisləşməsi ilə əlaqədar Türkiyə boğazlarında yığılıb qaldığı üçün hasilatın səviyyəsi bir qədər aşağı salınmış və səmərəlilik 96 faizdən yuxarı qalxmamışdı. Sonrakı aylarda isə bu kəsir aradan qaldırılmışdır.
Hazırda “Çıraq” platformasında 250 nəfər neftçi işləyir və onların 85 faizi Azərbaycan vətəndaşlarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
- 02.10.2026 [10:14]
Qızıl və gümüş bahalaşıb VİDEO
- 02.10.2026 [10:13]
Dünya birjalarında neft ucuzlaşıb VİDEO
- 02.10.2026 [10:06]