Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər
Bakı, 25 fevral, AZƏRTAC
Polietilen paketlərin istifadəsinin azaldılması yollarından biri alıcılara çoxistifadəli ekopaketlərin təqdim olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasında marketlərin rolu mövzusunda keçirilən görüşdə marketlər şəbəkələrindən birinin nümayəndəsi Pərviz Əzimov səsləndirib.
Onun fikrincə, bunun üçün stimullaşdırıcı işlər görülə, dövlət tərəfindən ekoloji cəhətdən təmiz torbalara olan əlavə dəyər vergisi aradan qaldırıla bilər. “Supermarketlər özləri də eko və biopaketlərin təbliği məqsədilə aksiyalar keçirə bilərlər. Plastik paketlərin ödənişli olması və alıcıların ondan istifadə etməməsi birbaşa supermarketlərin öz marağındadır. Ay ərzində onlara yüz minlərlə manat məbləğində xərc çəkilir. Supermarketlər bir növ həmin vəsaitdən xilas olmuş olur. Bu zənciri tamamlamaq məqsədilə evdəki tullantıların yığılması üçün də tez əriyən və qısa müddətdə sıradan çıxan tullantı paketləri də istehsal edilməlidir”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]