Ciorcia Meloni Nyu-Yorkda İtaliyanın ilk qadın Baş naziri kimi mükafatlandırılacaq
Roma, 24 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən İtaliyanın Baş naziri Ciorcia Meloniyə nüfuzlu “Qlobal Vətəndaş Mükafatı 2024” təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın mükafatını Ciorcia Meloniyə “Tesla”, “X” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask təqdim edəcək.
İtaliyanın Baş naziri Avropa İttifaqına və Transatlantik Alyansa güclü dəstəyinə, həmçinin ölkəsinin 2024-cü ildə “Böyük Yeddiliyə” (G7) sədrliyinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, mükafat hər il BMT-nin Baş Assambleyası çərçivəsində qlobal səviyyədə fərqlənmiş beynəlxalq şəxsiyyətlərə təqdim olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]