Coğrafiya İnstitutu “YAŞAT” Fonduna ianə edib
Bakı, 31 mart, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat məbləğində ianə edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin rəhbərliyi və kollektivi şəhid və qazi ailələrinə xüsusi qayğı ilə yanaşır, vaxtaşırı onları evlərində və ya xəstəxanada ziyarət edərək problemləri ilə maraqlanır, müəyyən kömək göstərməklə sevindirməyə çalışırlar.