“Con” qasırğası Meksika sahillərinə çatıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Güclü yağış və küləklə müşayiət olunan “Con” qasırğası Meksikanın cənubundakı sahil bölgələrinə çatıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, sürəti saatda 190 kilometr olan qasırğa dünən axşam saatlarında Gerrero əyalətini vurub.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador təbii fəlakət bölgəsində yaşayan vətəndaşları evlərini tərk edərək sığınacaqlara getməyə çağırıb. İndiyədək hakimiyyət orqanları 3 min insanı təxliyə edib və onların 800-nü sığınacaqlara yerləşdirib.
Meteoroloqların proqnozlarına görə, sentyabrın 26-da sahilyanı Çiyapas ştatına 15-30 santimetr, Oaxaka və Gerrero ştatlarına isə 25-50 santimetr yağış yağacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]