Corat qəsəbə sakininin həyətyanı sahəsindən 61 çətənə kolu götürülüb
Bakı, 29 mart, AZƏRTAC
Corat qəsəbə sakininin həyətyanı sahəsindən 61 çətənə kolu götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 10 qrama yaxın tiryək, 3 qrama yaxın metamfetamin və metadon aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 61 çətənə kolu götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]