COVID-19: Fransada son sutkada 45 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 17 noyabr, AZƏRTAC
Fransada noyabrın 17-də COVID-19 epidemiyasına 45 522 yeni yoluxma və 437 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda səhiyyə üzrə baş direktor Jerom Salomon məlumat verib.
O bildirib ki, ölkədə SARS-CoV-2 virusuna yoluxanların ümumi sayı 2 036 755-ə çatıb. Xəstəxanalarda 33 500 koronavirus xəstəsindən 4 900-dən çoxu reanimasiya şöbələrində ağır vəziyyətdədir. Ölkədə epidemiya başlayandan ölənlərin ümumi sayı 46 273-ə çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]