Cozef Bayden 300-dən çox seçkiçi səsi qazanacağına əmindir
Bakı, 7 noyabr, AZƏRTAC
ABŞ prezidenti postuna demokratların namizədi Cozef Bayden seçkilərdə qalib gələcəyinə əmin olduğunu bəyan edib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Cozef Bayden 74 milyon seçicinin səsini qazandığını və bunun Birləşmiş Ştatlar tarixində ən yüksək nəticə olduğunu deyib.
“Rəqəmlər hər şeyi göstərir: biz seçkilərdə qələbə qazanırıq. Arizonada, Nevadada qalib gəlirik. Nevada ştatında üstünlüyümüz iki dəfə artıb. 300-dən çox seçkiçi səsi ilə qələbə qazanmağa hazırlaşırıq”, - deyə o bildirib. Tərəfdarlarını sakitliyi qoruyub saxlamağa çağıran Bayden əlavə edib ki, səslərin hesablanmasının dayandırılmasına imkan verməyəcək.
Qeyd edək ki, noyabrın 3-də Birləşmiş Ştatlarda prezident seçkiləri keçirilib. Amma hələlik qalib müəyyən olunmayıb. Bir sıra ştatlarda səslərin sayılması davam edir. ABŞ-ın aparıcı telekanallarının hesablamasına görə, Bayden 264 seçkiçi səsi ilə (qalib gəlmək üçün altı səs qalır) liderlik edir, hazırkı prezident Donald Tramp isə 214 səs yığıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]