Cozef Bayden və Vladimir Putin Cenevrədə görüşəcəklər
Bakı, 25 may, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə görüşəcəklər.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Əldə olunmuş razılaşmaya əsasən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə ABŞ Prezidenti Cozef Baydenlə görüş keçirəcək”, - məlumatda belə deyilir.
Xatırladaq ki, bir müddət əvvəl Cozef Bayden Rusiya liderinə üçüncü ölkənin ərazisində sammit keçirməyi təklif etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]