Culfa rayonunda Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina inşa olunur
Culfa, 14 sentyabr, AZƏRTAC
Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki qarajların tikintisi davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, inşasına 2019-cu ildən başlanılan binanın dam örtüyü vurulub, obyektdə son tamamlama işləri görülür. Elektrik və kommunikasiya xətləri çəkilib, pəncərələr salınıb, istilik sistemi quraşdırılıb. Hazırda binaya qaz xətti çəkilir, boya işləri görülür, çöl fasadın suvanması isə başa çatdırılıb.
Maşınların saxlanması üçün qarajda işlər davam etdirilir. Binanın həyəti də abadlaşdırılacaq. Voleybol, 100 metr məsafəyə qaçış üçün idman yeri hazırlanır. İnzibati binanın həyətyanı sahəsində 90 tonluq su hovuzunun tikintisi başa çatıb. İnşa edilən obyektdə təlim qülləsi, iş otaqları, arxiv və müşahidə zalı yerləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:07]
Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]