“CV hazırlanması və uğurlu müsahibənin yolları” – tələbə və magistrantlar üçün təlim
Bakı, 25 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “CV hazırlanması və uğurlu müsahibənin yolları” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib.
Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Razim Qurbanov tərəfindən keçirilən təlimdə MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Təlimdə CV-nin hazırlanması, iş axtarışı və müsahibə zamanı diqqət edilməli məqamlar, hədəflərin düzgün seçilməsi, özünüinkişaf və karyera yüksəlişi barədə məlumat verilib, suallar cavablandırılıb.
Eyni zamanda, tələbələrə praktiki tapşırıqlar verilib və müsahibə prosesinin simulyasiyası həyata keçirilib.