Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dahi Hüseyn Cavid 137 yaşında Monteneqro dilində danışdı

Podqoritsa, 24 oktyabr, AZƏRTAC

Azərbaycan ədəbiyyatı və dramaturgiyasının bənzərsiz simalarından olan Hüseyn Cavidin adı milli hüdudları aşaraq çoxdan dünya ölkələrini dolaşmaqdadır. Bu gün Hüseyn Cavidin ölməz əsərləri dünyanın müxtəlif dilləri və ölkələrində tərcümə və nəşr edilir, pyesləri Azərbaycandan uzaqlarda səhnələrə qoyulur və dərin rəğbət qazanır.

Dahi şair 1882-ci il oktyabrın 24-də anadan olub və Cavidlər ocağı üçün əlamətdar olan bu ayda adətən Azərbaycan boyu müxtəlif silsilə ədəbi-mədəni tədbirlər keçirilir. Bu il Azərbaycan və dünya oxucusu Hüseyn Cavidin 137 yaşının tamam olması ərəfəsində daha bir sevindirici hadisə ilə qarşılaşıb. Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Cavid yaradıcılığının ən parlaq nümunələrindən olan “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilinə çevrilərək nəşr edilib. Qeyd edək ki, Monteneqroda və onun paytaxtı Podqoritsa şəhərində Hüseyn Cavid irsi və şəxsiyyətinə maraq böyükdür. Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Podqoritsa şəhərindəki “Kral” parkında Hüseyn Cavidin abidəsi ucaldılıb. Hüseyn Cavidin “İblis” əsərinin Monteneqro dilinə çevrilərək nəfis şəkildə buraxılan kitabı isə şübhəsiz ki, onun bu qədim Balkan ölkəsində daha artıq tanınması və sevilməsinə yeni təkan verəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 22-də Podqoritsa şəhərindəki Monteneqro Universitetində kitabın geniş müzakirəsi və təqdimatı keçirilib.

Əvvəlcə bir qrup tədbir iştirakçısı “Kral” parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Monteneqronun ən böyük təhsil ocağı sayılan Monteneqro Universitetində keçirilmiş mərasimi açıq elan edən universitetin prorektoru Boris Vukiçeviç tədbir iştirakçılarını salamlayaraq Monteneqro oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz ana dillərində tanış olma imkanı yaradan şəxslərə minnətdarlığını bildirib. Tədbirin onun təmsil olunduğu universitetdə keçirilməsindən son dərəcə məmnunluğunu ifadə edən prorektor iştirakçılara uğurlar arzulayıb.

Mərasimdə çıxış edən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, “İblis”in Monteneqro nəşrinə müfəssəl müqəddimənin müəllifi Eldar Həsənov öncə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Podqoritsada yerləşən qədim tarixə malik “Kral” parkında Cavidin abidəsinin ucaldılmasından söz açaraq, bu abidənin Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının iki xalq arasında nəcib amala - dostluğa və humanizmə xidmət etdiyini vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa müdaxiləsi və səyləri nəticəsində hələ sovet dövründə Cavidin cənazəsinin Sibirdən, uzaq İrkutsk vilayətindən vətənə gətirilib doğulduğu torpaqda dəfn edildiyini vurğulayan səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə Cavid irsinin tədqiqi və təbliği sahəsində tamam yeni bir mərhələnin başlandığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edərək onun dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki mühüm yeri barədə mərasim iştirakçılarına geniş məlumat verib: “Zahirən Hüseyn Cavidlə bizi ayıran zaman sərhədi çox da böyük deyil. O, XIX əsrin sonlarında doğulub, XX əsrin birinci yarısında yaşayıb. Cavidi bizə əyani şəkildə göstərən kinoxronika da yadigar qalıb. Lakin əsərlərini oxuduqca Cavid bizə həm də çox köhnə bir klassik, yüz illər öncə yaşamış qədim filosof kimi görünür. Heç səbəbsiz deyil ki, onu dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə etmiş, Azərbaycanın və Şərqin Şekspiri adlandırmışlar. Bunun səbəbi Cavidin poeziyasındakı dərinlik, müdriklik, fəlsəfədir. Cavid bilgin müəllimləri olmuş, mükəmməl təhsil görmüş bir ziyalı idi. Yeniyetməlik illərində doğulub yaşadığı, ilk təhsilini aldığı Naxçıvandan İrana səfər etmişdi. Orada həm fars dilini və Şərq ədəbiyyatını öyrənmiş, həm də həyat təcrübələri qazanmışdı. Sonra 1905-ci ildə Türkiyəyə səfər etmiş, 5 il İstanbul Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil almış, Rza Tofiq, Tofiq Fikrət kimi yol, məktəb yaradan görkəmli filosof və ədiblərdən dərs almışdı. Vətəni Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olduğu, deməli, dəmir pərdə arxasında yaşadığı zamanlarda xarici ölkələrə çıxış imkanları çox məhdud idi. Lakin Hüseyn Cavidin bəxti gətirmişdi. Cavid o qədər böyük ədəbi nüfuz sahibi idi ki, onu 1926-cı ildə hökumətin qərarı ilə gözlərini müalicə etdirmək üçün uzun müddətə Almaniyaya ezam da etmişdilər. Çox həmvətənləri üçün qapalı olan Avropanı və Avropa həyatını yaxından görüb müşahidə etmək ona nəsib olmuşdu. Beləliklə, aldığı dərin biliklər, geniş mütaliəsi və içərisindən keçdiyi coğrafiya Hüseyn Cavidi varlığında həm Şərqi, həm Qərbi birləşdirən düşüncə sahibinə çevirmişdi, ona bir çox həqiqətlərə üstdən, panoramda, geniş miqyasda baxmaq imkanı yaratmışdı. Ona görə də ədəbi yolunun lap başlanğıcından onun bəhs etdiyi mövzular və mətləblər milli çərçivədən kənara çıxaraq ümumbəşəri əhəmiyyət daşıyırdı. Onun zəngin palitrası olan əsərlərinin mövzuları, süjetləri və qəhrəmanları yalnız Azərbaycandan deyil, Qafqazdan, Yaxın və Orta Şərqdən, Asiya və Avropadan gəlirdi. Onun qəhrəmanları yalnız həmvətəni, soydaşı olan Azərbaycan türkləri deyil, bütövlükdə insan idi, onun daxili azadlığının tərənnümü idi”.

Cavidin Birinci Dünya müharibəsi dövründə yaranmış “İblis” əsərinin məziyyətlərindən bəhs edən akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, faciələr müəllifi olmuş, öz həyatı da faciələr silsiləsindən ibarət Cavidin Sibirdə dustaq olarkən yazdığı son dramının adı “Allah” idi. Bundan əvvəlsə o, “Peyğəmbər” və “İblis” pyeslərini yazmışdı. Yəni bu üç əsərlə mütəfəkkir şair insanın bütün varlığı və ruhu ilə ömrü boyu cazibəsində, təsirində olduğu üçbucaq haqqında fəlsəfi-poetik epopeya yaradıb. Cavidin bütün yaradıcılığı xeyirlə-şərin, işıqla-zülmətin, istiqlalla-istibdadın mübarizəsinin ifadəsidir. Bu əbədi qarşıdurma isə ən bariz şəkildə məhz onun bu 3 əsərində əks olunub.

Bu Cavid incisinin Monteneqro dilinə tərcüməsi və nəşrinin

ölkələrimiz və xalqlarımız, ədəbiyyatlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin inkişafında mühüm hadisə olduğuna diqqət yönəldən Rafael Hüseynov “İblis” pyesini öz ana dilində məharətlə səsləndirmiş Draqana Pantovitsə təşəkkürünü bildirib. Bunun ardınca Rafael Hüseynov təqdimat mərasiminin keçirildiyi 22 oktyabr tarixinin bir başqa cəhətdən də çox təsirli olduğunu söyləyib: “Cavidin oğlu Ərtoğrol, müasirlərinin və bizə yadigar qalan irsinin təsdiqinə görə, istedadda atasından geri qalmayan bir yaradıcı idi. Vur-tut 24 illik qısa ömür yaşamış Ərtoğrol Cavidin romansları, müxtəlif bəstələri, şeirləri, araşdırmaları, rəsm əsərləri bu gün də heyranlıq doğurur. Oktyabrın 22 onun doğum günüdür. Atasının şah əsəri “İblis”in Monteneqro dilinə tərcüməsinə həsr olunmuş mərasim keçiriləndə isə sadəcə onun növbəti doğum günü deyil, həm də 100 yaşı tamam olur”.

Sonra mərasim iştirakçılarına Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi kino salnamə” şöbəsinin hazırladığı, Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif anlarının əks olunduğu, Ərtoğrol Cavidin müəllimi Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi musiqi əsəri ilə müşayiət olunan videoçarx nümayiş etdirilib.

Monteneqronun tanınmış yazıçıları akademik Sreten Vuyoviç, Qoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi dramaturq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.

Tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

Lənkəranda ağır qəza: ölən və xəsarət alanlar var

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH

“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib

® “Bolt for Business” Baku ID 2026-nın dəstək tərəfdaşıdır

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər