“Daily Cases” xəbər saytı Azərbaycan və İtaliya parlamentarilərinin görüşündən yazır
Roma, 15 sentyabr, AZƏRTAC
İtaliyanın “Daily Cases” xəbər saytında bu ölkənin parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyətinin keçirdiyi görüşlərlə bağlı yazı yerləşdirilib.
Məqalədə bildirilir ki, İtaliya nümayəndə heyətinin keçirdiyi görüşlərdə iqtisadi əlaqələr, təhlükəsizlik məsələləri və digər məqamlar müzakirə olunub.
Görüşlərdən sonra səfər ilə bağlı fikirlərini bölüşən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, 2014-cü ildə Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 5 milyard ABŞ dollarından artıq olub. O deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə önəmli ölkədir. Dünyada tüğyan edən iqtisadi böhranları nəzərə alsaq alternativ enerji mənbələrinin nə dərəcədə vacib olduğunu görmək olar. Ölkələrimizin parlamentariləri arasında keçirilən görüşlər əlaqələrimizin genişlənməsinə müsbət təsirini göstərməkdədir”.
Yazıda vurğulanır ki, görüşlərdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:32]
YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib
- 02.10.2026 [11:17]