DÜNYA
Danimarka hökuməti sığınacaq axtaranların sayını minimuma endirmək niyyətindədir
Stokholm, 23 yanvar, AZƏRTAC
Danimarkanın Baş naziri Mette Frederiksen ölkəsində qaçqınlara sığınacaq təklif edilməsinin tamamilə dayandırmasını arzuladığını söyləyib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Frederiksen Danimarkada sığınacaq üçün müraciətlərin sayını sıfıra endirmək istədiyini söyləyib.
“Bu, bizim məqsədimizdir. Lakin ölkəmizdə sığınacaq axtaranların olmayacağına söz verə bilmərik”, - deyə o bildirib.
Qeyd edək ki, 2020-ci ildə Danimarkada 1547 sığınacaq axtaran qeydə alınıb ki, bu da 1998-ci ildən bəri ən aşağı göstəricidir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]