Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları tələbələrlə görüşüb
Naxçıvan, 16 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” ixtisasının tələbələri ilə görüş təşkil olunub.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə xidmətin rəisi Müslüm Cabbarzadə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən danışıb. Xidmət rəisi hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tələbələrə innovativ ideyalar əsasında yeni layihələrin işlənməsi ilə bağlı məşğələ keçirilib. Tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tələbələr xidmətdə iş prosesi, elektron informasiya sistemləri, xəritəçəkmə işləri ilə tanış olub, müasir geodeziya-ölçü avadanlıqlarına baxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:01]
“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib
- 02.10.2026 [16:01]
Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]