Daşkənddə Özbəkistan və Türkmənistan prezidentlərinin görüşü keçirilib
Daşkənd, 25 iyun, AZƏRTAC
Özbəkistan Prezidenti İslam Kərimov Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının iclasına qonaq kimi dəvət edilən türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Görüşdə Özbəkistanın və Türkmənistanın nəqliyyat-kommunikasiya sistemlərindən səmərəli istifadə olunması, şaxələndirilmiş energetika dəhlizlərinin yaradılması, regionda təhlükəsizliyin və sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Özbəkistan-Türkmənistan-İran-Oman nəqliyyat dəhlizinin yaradılması yüklərin dünya bazarlarına çıxarılmasını əhəmiyyətli dərəcədə artıracaq.
Görüşdə qeyd edilib ki, Türkmənistan 2009-cu ildən Özbəkistan və Qazaxıstan ərazisindən Çinə təbii qaz satır ki, bu da münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından xəbər verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [19:03]
Ankaranın hava limanında NATO sammiti zamanı məhdudiyyətlər tətbiq ediləcək
- 03.07.2026 [18:28]
BMMT ilə Sudan arasında əməkdaşlıq genişləndirilir
- 03.07.2026 [17:57]
İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaqlar
- 03.07.2026 [16:25]
İsveçin Baş naziri: NATO-nun Ankara sammiti “təlatümlü dövrdə” keçirilir
"Zirə" yeni qapıçı transfer edib
- [20:15]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Siyasətdə yeni dövr TƏHLİL
- [18:36]