Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində 300-dən çox ağac əkilib
Daşkəsən, 12 aprel, Elcan Məmmədov, AZƏRTAC
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Daşkəsəndə rayon icra hakimiyyətinin təşkilatçılığı və YAP Daşkəsən rayon təşkilatının dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, YAP fəalları, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada 300-dən çox ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.