“Daşqınlarla bağlı ərazilərin potensial subasma şəraiti yetərincə öyrənilməyib” - mütəxəssis
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Geomatika kafedrasında elmi seminar keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, kafedranın baş müəllimi Ramal Dənziyev “Peyk geodezi və məsafədən zondlama üsulları əsasında daşqınların qiymətləndirilməsi və proqnozlaşdırılması” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan ərazisinin yarıya qədəri arid iqlim şəraitinə malik olsa da, ərazisindəki bir çox çaylarda daşqınların başvermə təhlükəsi var. Mütəxəssis ölkəmizdə daşqınlarla bağlı su həcminin proqnozlaşdırılması üsullarının kifayət qədər araşdırıldığını, lakin ərazilərin potensial subasma şəraitinin yetərincə öyrənilmədiyini söyləyib. Bunun üçün yeganə çıxış yolunu daşqın prosesinin modelləşdirilməsində görən mütəxəssis proqnozlaşdırmanın paylanmış modelini yaratmağın zəruriliyini vurğulayıb. O, coğrafi informasiya sistemləri, yeni nəsildən olan radarlar, hündürlüyün yüksək ayırdetməyə malik olan rəqəmli, paylanmış hidroloji modellər əsasında bu modeli yaratmağın mümkünlüyündən danışıb.
Sonda məruzəçi auditoriyanın suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]