David Navara: Vüqar Həşimov həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı
Şəmkir, 20 aprel, AZƏRTAC
Aprelin 19-da Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında birinci turun oyunları keçirilib. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navara ilə heç-heçə oynayıb.
AZƏRTAC xəbər verir ki, partiyadan sonra David Navara oyun barədə danışıb. O deyib: “Açılışdan sonra debütdə üstünlük qazanıb. Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf ki, üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynayaraq vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi”.
Mərhum Vüqar Həşimov barədə danışan çexiyalı şahmatçı onunla oynadığı turnirləri yada salaraq deyib: “Vüqar Həşimovu çox yaxşı xatırlayıram. Vüqar həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla 9 dəfə qarşılaşmışam. Bu oyunların beşində Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindir. Vüqarın özünəməxsus gülüşü hər zaman yadımdadır. Şəmkir turnirində həmişə onu xatırlayırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]