Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində tələblərə riayət etdiklərinə görə vətəndaşlara təşəkkür edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə qeyd edilib: “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan olunub. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk.
Siz səbir və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbir və təmkin nümayiş etdirəcəksiniz. Bir daha təşəkkür edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]