Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində ötən il cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə görülən işlərin yekununa həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, respublikanın ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan 2004-cü ildə Azərbaycanın dövlətçiliyi, müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq birliyə sürətlə inteqrasiya etmiş, milli maraqlarımız yüksək səviyyədə təmin olunmuşdur.

Ötən on il ərzində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizdə aparılmış islahatlar Prezident İlham Əliyev tərəfindən davam etdirilərək böyük uğurlar gətirmiş, dövlətimizin iqtisadi əsaslarını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Respublika Prezidentinin rəhbərliyi ilə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, sosial tərəqqiyə, vətəndaşların həmrəyliyinə, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatına xidmət edən kompleks tədbirlər həyata keçirilmişdir.

2004-cü il iyunun 30-da dövlətimizin başçısı İlham Əliyev tərəfindən imzalanmış Fərman və Sərəncamlar daxili işlər orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin əyani təzahürü olmuşdur. Daxili işlər orqanları sistemində çalışan polis əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşları iki dəfə, xüsusi təyinatlı və çevik polis nizami hissələrində isə 3 dəfə artırılmışdır. Həmin Fərmanla nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir.

Ramil Usubov daha sonra bildirmişdir ki, “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, nazirliyin müvafiq əmrləri ilə ötən ilin may ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticəsi kimi, Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” xüsusi Dövlət Proqramı qəbul olunmuşdur və onun icrası üçün lazımi işlər görülür.

Cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın təmin olunmasında son illərin müsbət təmayülü və ənənələrinin ötən ildə də davam etdirilməsi, ölkədə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının (203) MDB məkanında az olması xüsusi vurğulanmışdır.

Hesabat məruzəsində 2004-cü ildə kriminal xarakterli olmayıb inzibati məsuliyyət yaradan qanun pozuntularının vaxtında aşkara çıxarılıb müvafiq tədbirlər, beynəlxalq əməkdaşlıq sahəsində çoxtərəfli regional və ikitərəfli səviyyələrdə xeyli iş görüldüyü diqqətə çatdırılmışdır.

Ramil Usubov məruzəsində həmçinin bildirmişdir ki, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə ciddi diqqət yetirilmiş, bu məsələ nazirlik rəhbərliyinin daimi nəzarətində saxlanılmışdır. Hesabat dövründə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetindən və Milli Məclisdən nazirliyə daxil olan müraciətlərin sayı müvafiq olaraq 2,3 dəfə və 15,5 faiz, habelə polis əməkdaşlarından şikayətlər 32,6 faiz, o cümlədən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti üzrə 30,7 faiz, yol polisi üzrə 22 faiz, ictimai qaydanın pozulması ilə bağlı 5,7 dəfə, obyektiv araşdırma aparılmaması ilə əlaqədar 28,4 faiz, cinayət işlərinin istintaqı ilə bağlı olan müraciətlər 34,8 faiz azalmışdır. Daxili İşlər Nazirliyində, eləcə də respublikanın müxtəlif regionlarında 512 vətəndaş qəbul edilmişdir. Bütün ərizə və şikayətlər xüsusi nəzarətə götürülmüş və onların böyük əksəriyyəti müsbət həll olunmuşdur.

Daxili İşlər naziri uğurla yanaşı, nöqsan və çatışmazlıqlardan da danışmış və bildirmişdir ki, respublikada qəsdən adamöldürmə 18, quldurluq 16, soyğunçuluq 8 fakt, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 23,1 faiz çoxalmışdır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə işinin göstəriciləri də real vəziyyəti əks etdirmir.

Hesabat məruzəsinin müzakirəsində Daxili Qoşunların komandanı general-mayor Zakir Həsənov, Naxçıvan MR daxili işlər naziri, daxili xidmət general-mayoru Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev və başqaları çıxış etmişlər.

Kollegiya iclasına yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, polis orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqın sosial rifahının yüksəldilməsi sahəsində Prezidentin Fərman və Sərəncamlarından irəli gələn tədbirləri uğurla yerinə yetirmək, ümummilli liderimiz Heydər Əliyevin tövsiyə etdiyi kimi, vətəndaşların inam və etimadını qazanaraq, xalqa və dövlətə daim sədaqətlə xidmət etməkdir.

Nazir kollegiya iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti ölkəmizin tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi və xoşbəxt gələcəyi naminə üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirərək, ictimai asayişin, hüquq qaydalarının keşiyində ayıq-sayıq dayanacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb