Daxili işlər orqanları gücləndirilmiş iş rejimində işləyir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də respublikanın daxili işlər orqanları gücləndirilmiş iş rejimində işləyir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalamışdır.
Əmrə əsasən, 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi məqsədilə ölkənin daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün polis əməkdaşlarının qüvvələri səfərbər olunmuşdur.
Bu gün nəqliyyatın hərəkəti də məhdudlaşdırılmış, tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]