Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ QOŞUNLAR ÖLKƏDƏ SABİTLİYİN QORUNMASINDA ƏSAS QÜVVƏLƏRDƏN BİRİNƏ ÇEVRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 14-cü ildönümü münasibətilə martın 11-də baş idarədə tədbir keçirilmişdir.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Məruzə ilə çıxış edən Daxili Qoşunlar Komandanının 1-ci müavini -Qərargah rəisi general-mayor Şirin Xəlilov bildirmişdir ki, müstəqilliyimizlə yaşıd olan Daxili Qoşunlar ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş bütün proseslərin bilavasitə iştrakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir. Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da verdiyi Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - 12 mart Daxili Qoşunlar günü elan olunmuşdur.

Qərargah rəisi qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qoşunlarımız da qəhrəmanlıq nümunələri göstərmiş, qurbanlar vermişdir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə daxili qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1168 nəfər yaralanmış, 267 nəfər itkin düşmüşdür.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırmışdır.

Nazir bildirmişdir ki, ölkəmizin başçısı Azərbaycanın Silahlı Qüvvələrinin tərkib hissələrindən olan Daxili Qoşunların təkmilləşdirilməsi, professional hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. O, daxili qoşunların formalaşmasında, professionallığının artırılmasında Türkiyə Respublikasının Silahlı Qüvvələri və Jandarm Komandanlığının köməyini xüsusi qeyd etmişdir.

Ramil Usubov bildirmişdir ki, daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan daxili qoşunlar 14 illik çox şərəfli yol keçmişdir. Ermənistanın Azərbaycana təcavüzü zamanı daxili qoşunlar, digər hüquq-mühafizə orqanları ilə birgə, ərazilərimizin qorunmasında torpaqlarımızın işğalçılardan azad edilməsində çox böyük sücaət, rəşadət və qəhrəmanlıqlar göstərmişdir.

Ulu öndər Heydər Əliyevin daxili qoşunların inkişafına, möhkəmləndirilməsinə daim diqqət yetirdiyini, Silahlı Qüvvələrimizin formalaşmasında onun misilsiz tarixi xidmətləri olduğunu vurğulayan nazir demişdir ki, son illər gedən proseslər daxili qoşunların, onun şəxsi heyətinin ölkəmizin milli mənafeləri keşiyində ayıq-sayıq dayandığını və ölkədə daxili sabitliyin qorunmasında ən əsas qüvvələrdən birinə çevrildiyini göstərir. Daxili qoşunlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən, ölkəmizi yenidən anarxiyaya sürükləyən qüvvələrə qarşı əzmkar mübarizənin önündə gedir.

Təsadüfi deyildir ki, Ali Baş Komandan daxili qoşunların xidmətlərini yüksək qiymətləndirmiş, onun rəhbərliyini və şəxsi heyətinin böyük bir hissəsini mükafatlandırmışdır. Prezidentimizin qayğısı daxili qoşunların üzərində daim var və biz o qayğını görürük.

Daxili işlər naziri Ramil Usubov vurğulamışdır ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət öz müsbət bəhrələrini verir. Ölkəmizin başçısı dəfələrlə qeyd etmişdir ki, Azərbaycanda iqtisadi yüksəliş bütün sahələrdə bir qərar üzərində qurulub, o da daxili sabitlikdir. Ölkədə daxili sabitlik olmasa, hər hansı inkişafdan söhbət gedə bilməz. Məhz bu məsuliyyəti anlayan daxili qoşunların bütün şəxsi heyəti ölkəmizin digər hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə verərək, üzərinə düşən vəzifəni uğurla yerinə yetirmiş və Azərbaycan xalqının, onun əmin-amanlığının keşiyində ayıq-sayıq dayanmışdır.

Natiq qeyd etmişdir ki, yaxın keçmişə nəzər salsaq, görərik ki, daxili qoşunlar bir çox silahlı quldur dəstələrinin zərərsizləşdirilməsində, ölkəmizdə daxili sabitliyi pozmaq istəyən dövlət çevrilişinə cəhd edən qüvvələrin qarşısının alınmasında çox böyük fədakarlıq və qəhrəmanlıq göstərmişdir. Daxili qoşunlar cinayətkarlıqla mübarizəyə də öz töhfələrini verirlər. O, daxili qoşunların bütün şəxsi heyətini əvvəlki illərdə olduğu kimi, gələcəkdə də ölkə Prezidenti ətrafında sıx birləşməyə, öz professional vəzifə borcunu yüksək səviyyədə yerinə yetirməyə çağırmışdır.

Ramil Usubov daha sonra bildirmişdir ki, daxili qoşunlar professionallıq səviyyəsini ilbəil, aybaay yüksəltməlidir. Professionallığın yüksəldilməsi üçün həm ölkəmizdəki, həm də xaricdəki təcrübə öyrənilməlidir. Daxili qoşunların şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi üçün işlər də uğurla davam etdirilməlidir.

O, Prezident İlham Əliyev tərəfindən daxili qoşunların 7 əməkdaşına verilən mənzillərin orderlərini və xidmətdə fərqlənmiş bir qrup hərbçiyə rütbə, diplom və medalları təqdim etmişdir.

Tədbirdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sonra kütləvi informasiya vasitələri üçün brifinq keçirilmişdir.

Tədbir iştirakçıları daxili qoşunların Xətai rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində təntənəli keçiddən sonra şəxsi heyətin nümunəvi çıxışları, daxili qoşunlarda istifadə edilən silah və texnika ilə, xidməti at və itlərin saxlandığı yerlərlə, eləcə də əsgər yataqxanası ilə tanış olmuşlar.

Ramil Usubov hərbi hissənin “Şərəf” kitabına urək sözlərini yazmışdır.

Tədbirdə Prezidentin hərbi təhlükəsizlik məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğun nümayəndələri və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin hərbi attaşeləri iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib