Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb
Bakı, 19 may, AZƏRTAC
COP29 Sədrliyi tərəfindən UN-Habitatla birgə hazırlanan Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata (MAP) indiyədək 50-dən çox ölkə və 200-dən çox şəhər qoşulub. Bəyannamə milli hökumətlərə yerli hakimiyyət orqanlarının səlahiyyətlərini gücləndirməyi, çoxtərəfli maliyyə institutlarına isə urban adaptasiyası üçün birbaşa iqlim maliyyəsi imkanı yaratmağı tövsiyə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən “Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası”nın yüksəksəviyyəli iclasında söyləyib.
Y.Rəfiyev diqqətə çatdırıb ki, keçmiş və gələcək WUF və COP ev sahibi ölkələrin koalisiyaya daxil edilməsi davamlılığı təmin edir. Qeyd edilib ki, şəhər iqlim fəaliyyəti dəyişən siyasi ab-hava və dəyişikliklərdən asılı olmadan, davamlı inkişaf etməlidir: “Biz şəhərsalma və iqlim prioritetlərinin bir ev sahibi ölkədən digərinə ardıcıl şəkildə daşındığı bir proses qururuq”.
Müxbirlər – Elgün Niftəli, Aytac Haqverdiyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:08]
Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu
- 21.05.2026 [20:05]
UN-Habitatın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm
- 21.05.2026 [19:57]
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb
- 21.05.2026 [19:47]
Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır
- 21.05.2026 [19:39]