“Dədə Qorqud” jurnalının növbəti nömrəsində
Bakı, 31 mart, AZƏRTAC
Folklor İnstitutunun “Dədə Qorqud” jurnalının 70-ci nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar beş rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində Ramazan Qafarlının “Dədə Qorqud”da gender münasibətlərinin strukturu və funksionallığı”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsi: monoqrafik tədqiqatın nəticələri”, tarix elmləri doktoru, professor Tahir Əmiraslanovun “Kitabi-Dədə Qorqud”dakı bəzi süfrə adətlərində etnopsixoloji məqamların nümayişi”, türkiyəli doktorant Yücetaş Ercanın “Kitabi-Dədə Qorqud”da söz kultu və davranış aktları” məqalələri dərc edilib.
Bundan əlavə, topluda yer almış “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Azərbaycan folklor örnəkləri”, “Güney Azərbaycan folklorundan örnəklər”, “Yeni nəşrlər: təqdimat və rəylər” rubrikalarında maraqlı araşdırmalarla tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]