DƏNİZ BAYKAL YENİDƏN CÜMHURİYYƏT XALQ PARTİYASININ SƏDRİ SEÇİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 29-da Ankaranın Abdi İpəkçi adına idman sarayında Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasından sonra ən böyük deputat fraksiyasına sahib olan Cümhuriyyət Xalq Partiyasının növbədənkənar qurultayı keçirilmişdir. Qurultayda təşkilati məsələyə baxılmışdır. Partiya sədrliyinə iki namizəd irəli sürülmüşdür. Aparılan səsvermə nəticəsində Dəniz Baykal 674 səs toplayaraq yenidən partiyaya sədr seçilmişdir. Digər namizəd Mustafa Sarıgül 460 səs toplamışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsüsi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]