Dənizçilər əməkhaqlarının bir hissəsini “YAŞAT” Fonduna ianə ediblər
Bakı, 9 yanvar, AZƏRTAC
Daim sosial həmrəylik nümayiş etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna əməkhaqlarından könüllü olaraq vəsait köçürüblər.
QSC-dən AZƏRTAC-a bildirilib ki, ASCO ailəsinin üzvləri ümumilikdə “YAŞAT” Fonduna 548 min 187 manat məbləğində ianə ediblər.
ASCO-nun kollektivi Vətən müharibəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına başsağlığı verir, döyüşlərdə yaralanan hərbçilərimizə isə şəfa diləyir. Kollektivin üzvləri Vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daim hörmətlə anaraq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etməyi missiyaları hesab edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:35]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [21:42]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [20:08]
BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir
- 18.06.2026 [19:15]
“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb
- 18.06.2026 [18:41]