Deputat: Avropa Parlamentinin qərəzli qətnaməsi onun fəaliyyətini və varlığını şübhə altına qoyur
Bakı, 6 oktyabr, AZƏRTAC
Avropa Parlamentinin qərəzli qətnaməsi onun fəaliyyətini və varlığını şübhə altına qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin oktyabrın 6-da keçirilən iclasında Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli mövqeyinə və qəbul etdiyi qətnaməyə münasibət bildirərkən səsləndirib.
Deputat AP-nin belə siyasət yürütməsindən təəssüfləndiyini bildirib və qeyd edib ki, onların qəbul etdiyi qətnamə və qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur.
“Azərbaycan bütün təzyiqlərə baxmayaraq, güclənməkdə və öz haqlarını müdafiə etməkdə davam edəcək”, - deyə Aydın Mirzəzadə vurğulayıb.