DEVİD BEKHEM İMİCİNİ DƏYİŞMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Madridin “Real” klubu ilə müqaviləsinin müddəti bitməkdə olan və okeanın o tayında yaşamağa hazırlaşan İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem öz simasını əsaslı dəyişdirməyə növbəti cəhd etmişdir.
Saçlarını saraldan Devid rəng çalarına görə Amerika kinosunun əfsanəsi sayılan Merilin Monroya bənzəməyə başlamışdır. Hazırda Madrid komandasında Devidi elə belə də çağırırlar.
Dünya futbol ulduzunun yeni imici “Kral klubu”nun növbəti açıq məşqlərində iştirakından sonra ictimaiyyətə məlum olmuşdur. Havanın mülayim olmasına baxmayaraq, məşqlərə toxunma papaqda gələn Devid klub yoldaşlarının təəccübünə səbəb olmuşdur. Həmkarlarının təkidli marağından canını qurtara bilməyən futbolçu təslim olmuş və yeni imicini hamıya nümayiş etdirmişdir. O demişdir: “Dəyişmək mənim xoşuma gəlir”.
Futbolçunun saç düzümü son 10 ildə futbol oynamaq istedadından daha çox qızğın diskussiyaların mövzusu olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]