“DİLBAZİLƏR” TARİXİ-BİOQRAFİK KİTAB NƏŞR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Əbilov, Zeynalov və oğulları” nəşriyyat-poliqrafiya evində İsmayıl Umudlunun “Dilbazilər” kitabi nəşr edilmişdir.
Kitabda Qazax mahalının köklü nəsillərindən biri, son dərəcə zəngin, maraqlı və dramatik keçmişə malik, nəsillikcə əsilzadə Dilbazilər soykökünün son 300 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik şəkildə araşdırılmışdır.
Uzun çəkən araşdırmaların məhsulu olan bu kitabda ədəbi və tarixi qaynaqlara, Azərbaycan və Gürcüstan arxivlərindən əldə olunmuş materiallara istinad edilmişdir. Kitab, eyni zamanda, ailə rəvayətlərindən, məlumatlı şəxslərin söylədiklərindən, Qazax mahalının qədim Xanlıqlar kəndində qorunub saxlanan epiqrafik abidələrdəki yazılardan, eləcə də bu nəslin ayrı-ayrı təmsilçiləri barədə yazılı məlumatlardan və mətbuat yazılarından istifadə olunmaqla qələmə alınmışdır.
Kitabın bədii və texniki tərtibatçısı Mürsəl Bəhməndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]