DİN LİDERLƏRİNİN ÜMUMDÜNYA ZİRVƏ TOPLANTISINA HAZIRLIQ BAŞLANMIŞDIR
Rusiya Müftilər Şurası aparatının rəhbəri Xaris Saubyanov demişdir: “Belə toplantı ilk dəfə keçirilir və dünya dinlərinin qarşılıqlı fəaliyyətinə, müxtəlif məsələlər barədə mövqelərə aydınlıq gətirilməsinə, tolerantlıq hissləri aşılanmasına, dinlər arasında dostluq körpüsü yaradılmasına kömək edəcəkdir. Bu, indi dünyada baş verən hadisələrlə əlaqədar xüsusilə aktualdır”.
Onun sözlərinə görə, toplantıda Rusiyanın, yaxın xaricin, Avropa, Afrika və ərəb ölkələrinin, bir çox digər dövlətlərin 100-dən çox din lideri iştirak edəcəkdir.
Rusiya Dinlərarası Şurası ölkənin dörd ənənəvi konfessiyasının (pravoslav, islam, yəhudi və buddizm) liderləri tərəfindən 1998-ci ilin dekabrında təsis olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]