DİN Xaçmazda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 23 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyitinin İzmayılovka qəsəbəsi ərazisində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]