DİPLOMÇULARIN KONSERTİ MARAQLA QARŞILANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Universitetin prorektoru Rafiq Sadıqov çıxış edərək xoreoqrafiya sənəti kafedrası məzunlarının diplom işləri, təhsilin vəziyyəti, kadrların hazırlanması haqqında məlumat vermişdir. Xalq rəqsləri ansamblı və klassik rəqs baletmeysterləri ixtisası üzrə məzunlar öz diplom işlərini təqdim etmişlər. Diplomçuların quruluş verdikləri Azərbaycan, dünya xalq və klassik balet musiqisi əsasında hazırlanmış rəqslər nümayiş olunmuşdur. Konsertdə Azərbaycan bəstəkarlarının balet əsərləri və kino-filmlərə yazılmış musiqilər, mahnılar üzrə qurulmuş rəqslər böyük maraqla qarşılanmışdır.
Respublikanın xoreoqrafiya sahəsində tanınmış mütəxəssisləri diplom işlərinə yüksək qiymət vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]