Dmitri Peskov: Novosibirskdə Stalinin heykəlinin qoyulması yerli hakimiyyətin müstəsna hüququdur
Bakı, 8 may, AZƏRTAC
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Novosibirsk şəhərində İosif Stalinin abidəsinin ucaldılmasına münasibət bildirib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mətbuat katibi Novosibirskdə Stalinin heykəlinin qoyulmasının yerli hakimiyyətin müstəsna hüququ olduğunu deyib. D.Peskov jurnalistlərə məsləhət görüb ki, bu sualı həmin şəhərin rəhbərliyinə ünvanlasınlar.
Adı SSRİ və dünya tarixinə tiran və kütləvi repressiyaların müəllifi kimi düşmüş İosif Stalinin abidəsi Rusiya Kommunist Partiyasının Novosibirsk vilayət komitəsi binasının qarşısında qoyulub. Heykəlin açılışı mərasimi isə mayın 9-da - Qələbə Günü keçiriləcək. Şəhər ictimaiyyətinin bu abidənin ucaldılmasına qarşı etiraz etməməsi də diqqəti çəkən məqamlardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]