Dmitri Peskov: Rusiya Azərbaycan ilə etimada əsaslanan gözəl münasibətlərə sahibdir
Moskva, 30 mart, AZƏRTAC
Bizim Azərbaycan ilə qarşılıqlı hörmətə və etimada əsaslanan gözəl münasibətlərimiz var.
AZƏRTAC xəbər verir ki, bu fikri “Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov bəyan edib.
O deyib: “Bizim Azərbaycan ilə qarşılıqlı hörmətə və etimada əsaslanan gözəl münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı faydalı aspektləri çoxdur. Ermənistan ilə də tarixən yaxşı münasibətlərimiz mövcuddur. Bizim Ermənistana xeyli fayda gətirə biləcək həm siyasi, həm də iqtisadi inteqrasiya proseslərinin sayı çoxdur”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva